Sumqayıtda 3 ev yanıb

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində barak tipli birmərtəbəli binanın dam örtüyü 100 m² sahədə, ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzilin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR