Bakı polisi: İcazə olmadan evdən çıxan şəxslər cəzalandırılır - FOTO

Bakı polisi: İcazə olmadan evdən çıxan şəxslər cəzalandırılır - FOTO
12:13 6 Aprel 2020
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Müvafiq icazə olmadan hərəkət edən şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/309873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR