Azərbaycan, Bakı, 25 may /Trend, müxbir Ənvər Məmmədov/
Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) "Tərəfdaşlıq və əlaqələndirmə ofisinin təsisi və texniki yardımın təmin edilməsi üzrə saziş" və “FAO-Azərbaycan tərəfdaşlıq proqramı"nı imzalayıblar.
Trend-in məlumatına görə, imzalanma mərasimi FAO-nun baş direktoru Joze Qratsiano da Silvanın başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı baş tutub.
Azərbaycanın FAO ilə əməkdaşlığının əsas istiqamətləri heyvanların sağlamını təmin etmək, bitkilərin mühafizəsi, kənd təsərrüfatı sahəsindəki tədqiqatlarda təhsil və köməyin artırılması üzrə xidmətlər və sairdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az