Berlin: məhdudlaşdırıcı tədbirləri yumşaltmaq hələ tezdir

Berlin: məhdudlaşdırıcı tədbirləri yumşaltmaq hələ tezdir
21:32 6 Aprel 2020
134 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqında koronavirus epidemiyasının kulminasiyası hələ keçilməyib. Ona görə də bu təhlükə ilə bağlı məhdudiyyətləri ləğv etmək hələ tezdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Angela Merkelin dəftərxanasında belə hesab edirlər. Federal kanslerin idarəsində bildiriblər ki, son günlərdə Almaniyada koronavirus infeksiyanın yayılması bir qədər səngidiyinə baxmayaraq, epidemiyanın pik mərhələsinin keçdiyini demək olmaz. Almaniya hökumətinin başçısının dəftərxanasında xəbərdarlıq ediblər: "Virus gizlənib, o mürgüləmir".

İdarədə hesab edirlər ki, məhdudiyyətləri yalnız pandemiyanın iqtisadiyyata zərbəsini yumşaltmaq mülahizələrinə əsasən ləğv etmək olar. Siyasətçilər vurğulayırlar: "Bu, vəziyyətdən çıxış yolu deyil. Əhalinin həyatı iqtisadiyyatdan daha əhəmiyyətlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR