Pentaqon koronavirusa qarşı vaksinin sınağına başladı

Pentaqon koronavirusa qarşı vaksinin sınağına başladı
01:48 7 Aprel 2020
116 Digər
Ölkə mətbuatı
A- A+

Pentaqon koronavirusun müalicəsi üçün nəzərdə tutulan vaksinin sınaqlarına başlayıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı general Pol Fridrix jurnalistlərə açıqlamasında deyib.

O, sınaqların bir neçə ay davam edəcəyini bildirib:

“Biz testlərə bu gün başladıq. Lakin vaksinin artıq hazır olduğunu deyə bilmərik. Proses həftələrlə deyil, aylarla davam edəcək”.

Fridrix qeyd edib ki, vaksinin bir neçə növü artıq heyvanlar üzərində dərhal təhlükəsiz şəkildə sınaqdan keçirilir:

“Təhlükəsiz olarsa, əvvəlcə kiçik bir qrup, uğurlu olarsa isə böyük insan qrupları üzərində sınaqlar tətbiq ediləcək”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/309963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR