Ukraynada yoluxma faktlarının sayı kəskin artdı

Ukraynada yoluxma faktlarının sayı kəskin artdı
11:17 7 Aprel 2020
119 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada son sutkada 1 462 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Ölkədə son gündə 143 nəfərdə koronavirus aşkarlanıb. Bu, ötən günkü sutkalıq göstəricidən 75 nəfər daha çoxdur.
Ukraynada indiyədək 45 nəfər virusun qurbanı olub. 28 nəfər isə infeksiyadan sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 348 000-iötüb. Bunların 286 512 nəfəri sağalıb, 74 795 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ukraynada-yoluxma-faktlarinin-sayi-keskin-artdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR