"Report" xəbər verir ki, bunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov deyib.
"Sənaye parkına ümumi investisiya qoyuluşu portfeli 3,1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Real kapital qoyuluşu isə 2,8 milyard ABŞ dollarıdır. Hazırda burada 5 mindən artıq insan işlə təmin olunub”, - deyə o, qeyd edib.