Azərbaycanlılar olmayan yerdə “seçkilər” keçirmək heç bir məntiqə sığmır - Şərh

Azərbaycanlılar olmayan yerdə “seçkilər” keçirmək heç bir məntiqə sığmır - Şərh
13:23 7 Aprel 2020
127 Digər
Ölkə mətbuatı
A- A+

“31 mart tarixində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qanunsuz “seçkilər” beynəlxalq hüquqa ziddir”.

Bunu Publika.az-a açıqlamasında politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, azərbaycanlılar olmayan yerdə “seçkilər” keçirmək heç bir məntiqə sığmır və əsassızdır: “Azərbaycan torpaqlarında əzəldən azərbaycanlılar yaşayıb. Yəni işğal edilmiş ərazilərdə azərbaycanlıların mövqeyi bildirilmirsə, onlardan heç nə soruşulmursa, təbii ki, bu, saxta “seçkilər”dir. Əslində, Ermənistan ilk dəfədir belə dırnaqarası “seçkilər” keçirmir. Bunlar sadəcə səhnə tamaşasına oxşayan proseslərdir. Bəlkə də özləri də bilir ki, bu saxta “seçkilər”i heç kim tanımayacaq və heç kəs onun nəticələrini qəbul etməyəcək. Nə dövlətlər, nə də beynəlxalq strukturlar onları bu məsələdə dəstəkləmir.

ATƏT-in Minsk Qrupunun həmsədrləri də bəyanatla çıxış etdilər ki, belə bir “seçkilər”in nəticələrini tanımaq düzgün olmaz. Onlar sadəcə olaraq öz maraqları çərçivəsində nəsə edirlərsə, bu, bir məna daşıyır ki, orada yaşayan əhalinin sakitləşməsi üçün atılan addımdır. Çünki onlar çox mürəkkəb vəziyyətdə yaşadıqlarından bezərək qaçmağa başlayıblar. Əhalinin sayı azalır. Onlara seçki yox, sosial rifahın yaxşılaşması lazımdır. Düşünürəm ki, Ermənistanda hazırkı separatçı rəhbərin başqası ilə əvəz edilməsi də heç nəyi dəyişməyəcək”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/309992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR