Biləsuvarda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Muğan kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus “Dang-Fang” markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin kabinəsi və qabaq təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.