Sevda Ələkbərzadədən ruhlandırıcı addım: “Çünki o, buna layiq deyil” - VİDEO

Sevda Ələkbərzadədən ruhlandırıcı addım: “Çünki o, buna layiq deyil” - VİDEO
09:58 10 Aprel 2020
258 Şou
Ölkə mətbuatı
A- A+

Sevda Ələkbərzadə koronavirus pandemiyası səbəbiylə elan edilən karantin günlərində dinləyicilərini sevindirməyə qərar verib.

Publika.az xəbər verir ki, Əməkdar artist musiqiçilərlə birlikdə “Sən yadıma düşəndə” mahnısını ifa edib.

O, dinləyicilərinə öz ifası ilə dəstək olmaq istəyib: “Əziz dinləyicilərim, sizə koronavirus haqqında mahnı oxumaq istəmədik, çünki o, buna layiq deyil. Evdə qalmaq haqqında da mahnı oxumaq istəmədik. Sadəcə bu çətin günlərdə əhvalınızı yüksəltmək, evdə qaldığınız günləri bir qədər maraqlı etmək istədik. Hamınız mənim ifamda Elza İbrahimova və Dəmir Gədəbəylinin "Sən yadıma düşəndə" mahnısını çox sevirsiniz. Ona görə əziz dostum, neçə illər birgə çalışdığım peşəkar pianoçu, tanınmış musiqiçilərlə dünya konset səhnələrini paylaşan, hal-hazırda Londonda yaşayan Azərbaycanın Əməkdar artisti Elçin Şirinovla birgə bu mahnı ilə karantindəki günlərinizə rəng qatmaq istəyirik. Xüsusi təşəkkür gözəl back vokala görə Samirə Rəcəbli və Leyla İzzətovaya bildirirəm”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/310317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR