“Əl Qaidə” ilə əlaqəli 2 Fransa vətəndaşı saxlanıldı

“Əl Qaidə” ilə əlaqəli 2 Fransa vətəndaşı saxlanıldı
21:14 17 Yanvar 2015
72 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə “Əl Qaidə” terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 2 Fransa vətəndaşı saxlanılıb. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Yəmən Milli Təhlükəsizlik Xidmətinin rəisi general Məhəmməd Əhmədi bildirib.  

 

 

Qeyd edək ki, bir neçə gün əvvəl “Əl Qaidə”nin Yəmən qolunun lideri Parisdə törədilən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

 

Yəmən hökuməti hazırda “Ərəbistan yarımadasında Əl Qaidə” qruplaşmasının Fransada törədilən terror aktları ilə mümkün əlaqəsini araşdırır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR