İranın qərbində zəlzələ olub

İranın qərbində zəlzələ olub
09:57 12 Aprel 2020
231 Dünya
Ölkə mətbuatı
A- A+

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 4,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 06:53 dəqiqədə 6 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və təlafat haqda məlumat verilməyib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR