Pakistanda hərbi təyyarə qəzaya uğradı, ölənlər var
Paylaş
164 baxış·1 dəq oxu
Bu gün səhər saatlarında Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb. “Report” xəbər verir ki, bunu Pəncab vilayətinin rəsmisi Masarrat Çema bildirib. Hadisə nəticəsində hər iki pilot - mayor Umer və leytenant-kursant pilot Fiazan həlak olub.