FIDE Faiq Həsənovun 80 illik yubileyini təbrik etdi

FIDE Faiq Həsənovun 80 illik yubileyini təbrik etdi
12:42 13 Aprel 2020
194 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun 80 illik yubileyi barədə paylaşım edib.
“Report”un məlumatına görə, FIDE rəsmi “Twitter” hesabından veteran şahmatçıya təbrik ünvanlayıb.
Təbrikdə bildirilir ki, F.Həsənov Azərbaycan şahmatının patriarxı kimi dünyanın ən güclü şahmat ölkələrindən birində bu oyunun inkişafına mühüm töhfə verib. O, 2016-cı ildə Bakıda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasının və Şəmkirdə Vüqar Həşimovun xatirəsinə təşkil olunmuş "ShamkirChess" turnirinin baş hakimi olub. F.Həsənov həmçinin AzTV-də yayımlanan həftəlik "Şahmat klubu" verilişinin aparıcısı kimi də tanınır: "40 ildir bu sahədə çalışan Faiq Həsənov həm də Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi şahmat dünyasına xidmət etməkdə davam edir".

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/fide-faiq-hesenovun-80-illik-yubileyini-tebrik-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR