Rusiyadan dəhşətli rəqəmlər gəlir - Son sutkada minlərlə insan...

Rusiyadan dəhşətli rəqəmlər gəlir - Son sutkada minlərlə insan...
13:18 13 Aprel 2020
147 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada son günlərin ən ağır rəqəmləri qeydə alınıb.

Publika.az xəbər verir son sutka ərzində 2 min 558 yeni yoluxma, 18 ölüm faktı qeydə alınıb. Bu da ölkədə koronavirusun müəyyən edildiyi 31 yanvardan bəri ən yüksək rəqəmlərdir.

Koronavirusla mübarizə məqsədilə qurulmuş Operativ Qərargahın açıqlamasına görə, yoluxanların sayı 18 min 328-ə, ölənlərin sayı 148-ə, sağalanların sayı isə 1 470 nəfərə çatıb.

Yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada qeydə alınıb - 1 355 nəfər. Beləliklə, burada yoluxma faktı 11 min 513 olub.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/310606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR