Vyetnam koronavirus pandemiyasına necə qalib gəldi?

Vyetnam koronavirus pandemiyasına necə qalib gəldi?
13:38 13 Aprel 2020
204 Digər
Ölkə mətbuatı
A- A+

Qətiyyətli karantin tədbirləri sayəsində Vyetnam Avropa və ABŞ-da yaşanan koronavirus pandemiyasının faciəvi nəticələrindən xilas olmağı bacarıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Vyetnamın pandemiya ilə mübarizə üsulları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilib. Çinlə ümumi sərhədə baxmayaraq, ölkədəki infeksiya faizi Cənubi Koreya, Sinqapur və Tayvan ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı səviyyədədir. Pandemiyaya qarşı təsirli tədbirlərinə görə, Vyetnamın dünya mətbuatında da tez-tez adı hallandırılır. Bundan əlavə, ölkədə yeni virusdan ölüm halları ümumiyyətlə qeydə alınmayıb.

ÜST-ün bu ölkədəki nümayəndəsi Kidun Park hesab edir ki, Vyetnamın pandemiyaya erkən reaksiya verməsi müvəffəqiyyətin əsas amildir. “Vyetnam baş verənlərə erkən və fəal reaksiya göstərdi. Onun ilk risk qiymətləndirməsi yanvar ayının əvvəlində - Çindən xəbərlər gəlməyə başlayandan qısa müddət sonra aparılmağa başladı” , - deyə o, qeyd edib.

Ölkədə tez bir zamanda baş nazirin müavininin rəhbərliyi ilə COVID-19-un qarşısının alınması və nəzarəti üzrə milli komitə, eyni zamanda plan yaradılıb. Vyetnam məktəbləri yanvar ayından etibarən bağlanıb, martın 16-da kütləvi karantin başlayıb, 25-də isə beynəlxalq reyslər dayandırılıb. Daxili reyslərin də əksəriyyəti ləğv edilir. Maska taxmadığı üçün başqa şəxsə virus yoluxduranları 12 ilədək həbs cəzası gözləyir.

Ancaq səlahiyyətlilər bu məhdudiyyətlərin yumşaldılması barədə hələ məlumat verməyiblər. Təsdiqlənmiş halların sayının az olmasına baxmayaraq, aprelin 1-də Vyetnam ölkəyə giriş-çıxış məhdudiyyətlərini elan edib. Bundan əlavə, Vyetnam SARS kimi oxşar xəstəlikləri müalicə etmək təcrübəsinə malikdir.

Bir çox cəhətdən Vyetnamın müvəffəqiyyəti həm də sosial birliklə izah edilə bilər. Belə ki, Baş nazir Nquen Suan Fuk virusu Tet hücumu ilə müqayisə edib - 1968-ci ildə ABŞ-a qarşı müharibə zamanı kommunist qüvvələrinin ilk genişmiqyaslı hücumu. Yaşlı insanlar müharibədən bəri belə bir nizam-intizam və həmrəylik görmədiklərini təsdiqləyib.

13 apreldə Vyetnamda cəmi 262 yoluxma qeydə alınıb, xəstələrdən heç biri ölməyib.

Yeri gəlmişkən, ÜST rəsmiləri bundan əvvəl Yunanıstanın koronavirus epidemiyası ilə uğurla mübarizə apardığı bildirmişdi. Yunanlar baş epidemioloq Sotirios Tsiodrası “koronavirus möcüzəsi”nin yaradıcısı hesab edirlər.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/310592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR