DİN ana və oğlunun qətli barədə məlumat yaydı

DİN ana və oğlunun qətli barədə məlumat yaydı
13:53 13 Aprel 2020
196 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi aprelin 11-də Şabran rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Zeyvə kəndində İstək Mahmudovanın və oğlu Məhəbbət Məmmədovun yaşadıqları evin həyətində qətlə yetirilmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə qətlin münaqişə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş N.İslamov tərəfindən tüfəngdən açılmış atəşlə törədilməsi müəyyən edilib. Hadisə yerindən qundağı və lüləsi kəsilmiş ov tüfəngi götürülüb.

Qəsdən adam öldürməkdə şübhəli bilinən N.İslamov polis əməkdaşları tərəfindən saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/310608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR