“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 17 489 nəfərə çatıb.
Bundan başqa, nazirlik yoluxma faktlarının sayının da 166 019-dan 169 496-ya yüksəldiyinivurğulayıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 862 000-i ötüb. Bunların 431 613 nəfəri sağalıb, 114 980 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.