Bu ölkədə çempionatın bərpa tarixi rəsmən açıqlandı

Bu ölkədə çempionatın bərpa tarixi rəsmən açıqlandı
14:52 13 Aprel 2020
176 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Türkmənistan çempionatında yeni mövsümün bərpa vaxtı açıqlanıb.
“Report” Türkmənistan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, martın 20-də koronavirus pandemiyası üzündən dayandırılmış yarış aprelin 19-da davam etdiriləcək.
Həmin vaxt IV turun bir oyunu olacaq, “Altın-Asır” – “Kopetdaq” görüşü baş tutacaq. “Nebitçi” – “Energetik”, “Mərv” – Aşxabad”, “Ahal” – “Şaqadam” qarşılaşmaları isə aprelin 20-də təşkil olunacaq.
28-ci Türkmənistan çempionatı 8 klubun iştirakı ilə 4 dövrədən ibarətdir. İlk iki dövrə iyunun 13-dək davam edəcək. 
Hazırda turnir cədvəlinə 3 oyunda 7 xal toplayan “Kopetdaq” başçılıq edir. Növbəti pillərdə isə “Ahal” (6 xal) və “Altın Asır” (4) qərarlaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-olkede-cempionatin-berpa-tarixi-resmen-aciqlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR