Bu ölkədə gecə kabuslar gəzməyə başladı - Koronavirusa görə...

Bu ölkədə gecə kabuslar gəzməyə başladı - Koronavirusa görə...
14:53 13 Aprel 2020
158 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində küçəyə çıxma qadağası qoyulan İndoneziyada daha bir qəribə üsula əl atılıb.

Publika.az xəbər verir ki, ölkənin Yava əyalətinin Kəpuh kəndində küçəyə çıxan uşaq və yaşlıları qorxutmaq üçün kabus cildində insanlar gəzməyə başlayıb.

Üzlərini ağ rənglə boyayan və kəfən tipində geyim geyindirilən şəxslər küçəyə çıxanları evə qaytarmaq üçün qorxudur.

Qəsəbəni idarə edən Ancar Pancaninqtyas fərqli və aldadıcı effekt əldə etmək üçün bu üsula əl atdıqlarını deyib.

İndoneziyada bu obraza bürünən insanlara “pocong” deyilir. Xalq folklorunda poconglar ölülərin tələyə düşmüş ruhlarını təmsil edir. “Pocong” üsulu əvvəlcə əks effekt verib. İnsanlar onların fotolarını çəkmək üçün küçəyə çıxmağa başlayıb. Lakin daha sonra poconglara patrul əmri verilib. Beləliklə, “kabus”ların nə zaman və harada ortaya çıxacağı bəlli olmur.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/310609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR