“Report”un məlumatına görə, bunu “İnterfax” agentliyinə Belarusun “Belneftexim” konsernin mətbuat katibi Aleksandr Tişenko bildirib.
O qeyd edib ki, 85 min ton həcmindəki neftin boşaldılması davam etdirilir.
Xatırladaq ki, bu nefti SOCAR aprelin 8-də Gürcüstanın Supsa limanından göndərib. Martda SOCAR-ın törəmə şirkəti olan “SOCAR Trading” Belarusa Mozır Neft emalı zavodu üçün Odessa limanı və “Odessa-Brodı” boru kəməri vasitəsilə ümumi həcmi 250 min ton olan 3 partiya neft tədarük edib. “Belneftexim” konserni bildirib ki, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona qədər neft tədarük edə bilər.