Türk Şurasının bundan sonrakı fəaliyyəti çox əhəmiyyətli olacaq - Deputat

Türk Şurasının bundan sonrakı fəaliyyəti çox əhəmiyyətli olacaq - Deputat
15:03 13 Aprel 2020
180 Digər
Ölkə mətbuatı
A- A+

"Türk Şurasının fəaliyyətinin genişlənməsi bu ölkələrin kritik məqamda bir-birinə daha da yaxınlaşmasını təmin edəcək bir proses olacaq".

Bunu Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, yaşadığımız ağır dönəmdə cənab Prezidentin rəhbərliyi və təşəbbüsü ilə videokonfrans vasitəsilə Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi mühüm əhəmiyyət kəsb edir: "Bunu Türk Şurasına üzv olan ölkələrin dövlət başçılarının çıxışlarından da sezə bilərik. Çıxışların məğzi də ondan ibarət idi ki, Azərbaycanın timsalında atılan bu addım uzlaşma, qardaşlıq əlaqələrinin genişlənməsi baxımından olduqca faydalı bir toplantıdır. Videokonfransda gələcəkdə qarşılıqlı yardımlar edilməsi, tranzit yüklərin daşınması istiqamətində razılaşmalar əldə edildi.

Burada şübhəsiz ki, Azərbaycan Prezidentinin önəmli rolu oldu. Ölkə başçımızın məsələyə yanaşması türk inteqrasiyası kontekstində mütəmadi əlaqələrin qurulmasına təkan rolunu oynadı. Bu prosesdə Avropa İttifaqına daxil olan Macarıstanın da iştirak etməsi və müəyyən dərəcədə yardıma görə Türkiyəyə təşəkkür bildirməsi anlamlı hadisə oldu. Yəni elə bir münasibətlər sistemi var ki, artıq Avropa məkanında olan dövlətlərin belə Türk Şurasının yardımına ehtiyacı var. Türk Şurasının bundan sonrakı fəaliyyəti çox əhəmiyyətli olacaq. Belə kritik situasiyalarda soyu eyni olan dövlətlərin bir-biri ilə yaxın və qarşılıqlı anlayış çərçivəsində yardımlaşmasının şahidi olacayıq".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/310612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR