İtaliya A Seriyası mayda bərpa oluna bilər

İtaliya A Seriyası mayda bərpa oluna bilər
17:07 13 Aprel 2020
133 Digər
Ölkə mətbuatı
A- A+

“Daha öncə dediyimi təkrar etməliyəm: İdmançıların sağlamlığına dair zəmanət olanda yenidən başlaya bilərik”.
“Report” xəbər verir ki, bu fikirləri İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin "Sky TV"yə A Seriyasının bərpası ilə bağlı açıqlamasında deyib.
"Skype" vasitəsilə canlı yayıma qoşulan funksioner bildirib ki, mayın əvvəlində oyunçuları koronavirusa görə test etmək istəyirlər: “Bundan sonra mövsümün qaldığı yerdən davam etməsi ilə bağlı hazırlıqlara başlayacağımıza ümid edirəm. Ümidvaram ki, mümkün olan ən qısa zamanda başlayacağıq. Çempionatı başa çatdırmaq üçün hər hansı müddət yoxdur, amma mövsümü yekunlaşdırmalıyıq. Bunu edə bilməsək, mənfi nəticələr üzə çıxacaq”.
Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-taliya-a-seriyasi-mayda-berpa-oluna-biler-resmi-aciqlama

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR