"Zenit" koronavirusa yoluxan futbolçunu transfer etmək istəyir

"Zenit" koronavirusa yoluxan futbolçunu transfer etmək istəyir
17:12 13 Aprel 2020
163 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Zenit” klubu İtaliya millisinin və “Yuventus” klubunun futbolçusu Daniel Ruqanini heyətinə cəlb etmək istəyir.
“Report” “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlar gedir. Sankt-Peterburq təmsilçisi 26 yaşlı müdafiəçiyə 3 illik müqavilə və 2.5 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Ruqani 2015-ci ildən Turin təmsilçisinin formasını geyinir. O, koronavirus testi müsbət nəticələnən ilk futbolçulardandır. Oyunçu hazırda karantindədir. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zenit-koronavirusa-yoluxan-futbolcunu-transfer-etmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR