“Report” xəbər verir ki, bunu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı xatırladıb ki, bu günə qədər 32 milyon vətəndaşa pulsuz maska paylanılıb:
“Bu rəqəm həftənin 4-cü gününə qədər 39 milyona çatacaq”.
O həmçinin qeyd edib ki, bu günə qədər ölkədə aparılan testlərin sayı 410 mindən artıqdır: “Şükürlər olsun ki, yoluxma faktları aşağı düşüb. Eyni zamanda, ölüm sayının aşağı olması baxımından da ön sıralardayıq. Bu günə qədər sağalaraq evə buraxılan xəstələrin sayı 5000-ə yaxınlaşıb”.