“Report” şirkətin saytına istinadən xəbər verir ki, bu barədə açıqlama verən şura sədri Tomas Tirni son bir neçə aydır baş direktor əvəzi işləyən Skott Şenkelə təşəkkür edib.
Aprelin 27-dən yeni vəzifəyə başlayacaq C.Yannon əvvəllər “Walmart” onlayn alış-veriş şirkətinin bir bölümü olan “Walmart eCommerce”nin icraçı direktoru işləyib. 2002-2009-cu ildə isə “eBay”da müxtəlif vəzifələrdə çalışmış C.Yannon yeni vəzifədə əsas məqsədlərindən biri kimi kiçik sahibkarlığa dəstək olacağını qeyd edib.
“eBay”ın əvvəlki baş direktoru Devin Veninq isə 2019-cu ilin sentyabr ayında istefa verib.