Qazaxda yol qəzası baş verdi, xəsarət alanlar var

Qazaxda yol qəzası baş verdi, xəsarət alanlar var
21:17 13 Aprel 2020
157 Digər
Ölkə mətbuatı
A- A+

Qazax rayonunda xəsarətlə nəticələnən ağır avtomobil qəzası olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kosalar kəndində qeydə alınıb. 
İki avtomobilin toqquşması nəticəsində 6 nəfər - 1987-ci il təvəllüdlü Məmmədov Ruslan Şahməmmədoğlu , 2001-ci il təvəllüdlü Pənahov Araz Cəmil oğlu , 1994-cü il təvəllüdlü Mustafayev İlkin Mustafa oğlu , 1994-cü il təvəllüdlü İslam Bəhram oğlu Rəfizadə, 1990-cı il təvəllüdlü Xasayev Elnur Nofəl oğlu və 1990-cı il təvəllüdlü Abdullayev Kamil İbrahim oğlu  xəsarət alıblar. 
Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

***21:00
Qazax rayonunda xəsarətlə nəticələnən ağır avtomobil qəzası olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kosalar kəndində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qazaxda-avtomobil-qezasi-bas-verib-xesaret-alanlar-var57788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR