“Report”un məlumatına görə, bu barədə ABC telekanalı bazar ertəsi bildirib.
Telekanalın məlumatına görə, ən böyük zərər Missisipiyə dəyib. Bu ştatda 11 nəfər pis hava şəraitin qurbanı olub.
Cənub Karolina ştatında əlverişsiz hava nəticəsində səkkiz nəfər ölüb, daha altı nəfər Corciyada həlak olub. Bununla yanaşı, Arkanzasda da bir nəfər ölüb.
Qeyd edilir ki, Luiziana ştatında 300 evə qədər zərər dəyib. Lakin təlэfat haqqında məlumat yoxdur.