“Twitter” bəzi istifadəçilərinə problem yaratdı

“Twitter” bəzi istifadəçilərinə problem yaratdı
06:57 14 Aprel 2020
152 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın bir sıra ölkələrində “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
“Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.
Qeyd edilir ki, nasazlıqlar haqqında Böyük Britaniya, Almaniya, Fransa, ABŞ və Yaponiyada yaşayan sosial şəbəkə istifadəçiləri bildirirlər.
Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (60%) saytın işində nasazlıqlardan şikayət edir. Daha 21% istifadəçi “Android” proqramında problemlərlə üzləşib. “iPhone” və “iPad” proqramlarında da (17%) sosial şəbəkəyə daxil olmaqda çətinliklər müşahidə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/twitter-bezi-istifadecilerine-problem-yaratdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR