Aktrisanın 12 yaşlı qızı məşhur jurnalda - FOTO

Aktrisanın 12 yaşlı qızı məşhur jurnalda - FOTO
09:37 14 Aprel 2020
177 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktrisa Mila Yavoviçin 12 yaşlı qızı Ever Qabo Anderson məşhurluq yolunda addımlamağa davam edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, anasının yolunu davam etdirən Ever "Flaunt" jurnalı üçün fotosessiya etdirib.

Müxtəlif obrazlarda kamera qarşısına keçən balaca ulduz rəngli makiyajı və geyimləri ilə diqqət çəkib.

Jurnala müsahibə verən Ever aktrisalıq haqda fikirlərini də bölüşüb:

"Kiminsə obrazını canlandıranda yaşadığım hisslər xoşuma gəlir. Çəkiliş meydançasında olduğum ilk gündən aktyorluğa vurulmuşam. Sanki, orada bütün qaydaları bilən insanlarla oyun oynayırsan. Mənim məktəbimdəki uşaqların buna həvəsi yoxdur. Ona görə də, aktrisalığı digər insanların əhatəsində edirəm".

Qeyd edək ki, Ever Hollivud ulduzu Skarlet Yohansonla birlikdə "Qara dul" filmində çəkilib. Bundan əlavə o, "Piter Pen və Vendi" adlanacaq ekran işində "Vendi" obrazını canlandıracaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841756.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR