ABŞ daha bir fəlakətlə QARŞI-QARŞIYA: 1 milyon insan...

ABŞ daha bir fəlakətlə QARŞI-QARŞIYA: 1 milyon insan...
11:58 14 Aprel 2020
171 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın cənub ştatları şiddətli qasırğa və fırtınaların əsiri olub.

Publika.az xəbər verir ki, təbiət hadisələri nəticəsində 33 nəfər dünyasını dəyişib.

Missisipi ştatında 11, Cənubi Karolinada 9, Corciyada 8, Tennesidə 3, Arkanzas və Şimali Karolinada 1 nəfər qasırğanın qurbanına çevrilib.

“NBC News”un xəbərinə görə, son sutka ərzində 41 qasırğa meydana gəlib. Luiziana və Alabama ştatlarının qubernatorları qüvvətli fırtınanın yol açdığı fəsadları aradan qaldırmaq üçün fövqəladə vəziyyət elan edib.

Ştatlarda yüzlərlə ev zərər görüb, ağaclar və elektrik xətləri aşıb. 11 ştatda 1 milyondan çox insan elektriksiz qalıb.

Sosial məsafə ləğv edilib

Kəskin hava şəraitinin hökm sürdüyü ştatlarda səlahiyyətli şəxslər yeni tip koronavirusla mübarizə çərçivəsində tətbiq edilən sosial məsafə qaydalarını ləğv edib. Əhaliyə üzlərini bağlayaraq təhlükəsiz düşərgələrdə qasırğadan qorunmaları tapşırılıb.

Son rəqəmlərə görə, ABŞ-da 587 min 173 nəfər koronavirusa yoluxub. Onlardan 23 min 644-ü dünyasını dəyişib. 36 min 948 nəfər sağalıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/310699.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR