Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb
14:52 14 Aprel 2020
138 Ölkə
Ölkə mətbuatı
A- A+

2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 13,1 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 99 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 4 077 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 23,9 faiz azdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/841913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR