Daha bir ölkədə koronavirus yenidən aktivləşdi:

Cənubi Koreyada koronavirus yenidən fəallaşıb. Belə ki, yeni növ koronavirusdan müalicə olunaraq sağalan 116 nəfərdə yenidən koronavirus aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin "Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzi"ndən (KCDC) məlumat yayımlanıb. Bu şəxslərin başqalarını koronavirus yoluxdurub yoluxdurmadıqları ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, bu günə qədər Cənubi Koreyada ümumilikdə 10 min 564 nəfərdə koronavirus aşkarlanıb, 222 nəfər isə həyatını itirib.

Mənbə: Sabah.com.tr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR