Güclü külək daş hasarı qaz xəttinin üzərinə aşırdı - FOTO

Güclü külək daş hasarı qaz xəttinin üzərinə aşırdı - FOTO
11:32 15 Aprel 2020
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 15-də gecə saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində əsən güclü küləyin təsirindən vətəndaşa məxsus fərdi yaşayış evinin hasarı aşıb.

"Azəriqaz" İstehsalat Birliyindən Milli.Az-a verilən məlumata görə, hasar aşarkən ərazidən keçən 57 mm diametrində olan qaz xəttinin 30 metrlik hissəsini zədələyərək dirəklərdən yerə salıb. Təhlükəsizlik tədbirləri olaraq aprelin 25-dək evin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda ərazidə bərpa işləri aparılır.

Qeyd edək ki, hasarı aşan evdə hal-hazırda yaşayış yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/842161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR