Klinikadan seyf oğurladı, boş çıxdı - BAKIDA QƏRİBƏ HADİSƏ

Klinikadan seyf oğurladı, boş çıxdı - BAKIDA QƏRİBƏ HADİSƏ
15:33 16 Aprel 2020
154 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqla məşğul olan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, mobil telefon və gümüş əşyalar, bir klinikadan isə içərisi boş olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun digər bir nəfərlə birgə rayon ərazisindəki kofe klubundan 8000 manat dəyərində kofe və avadanlıq oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/310973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR