Tokio olimpiadasının yol xəritəsi gələn ay təqdim olunacaq

Tokio olimpiadasının yol xəritəsi gələn ay təqdim olunacaq
15:52 16 Aprel 2020
213 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının yol xəritəsi may ayına qədər təqdim olunacaq.
“Report”un Beynəlxalq Olimpiya Komitəsinin (IOC) rəsmi saytına istinadən xəbər verir ki, bu barədə razılıq Tokio olimpiadasının Təşkilat Komitəsi və IOC nümayəndələri arasındakı videokonfrans şəklində danışıqlar nəticəsində müəyyənləşib. 
Yeni yol xəritəsinin bu ay başlayacaq hazırlıqları iki işçi qrupu vasitəsi ilə həyata keçiriləcək.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyasına görə təxirə salınıb və gələn il 23 iyul - 8 avqustda keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/tokio-olimpiadasinin-yol-xeritesi-bu-aya-qeder-teqdim-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR