Bərdədə kütləvi dava, xəsarət alanlar var

Bərdədə kütləvi dava, xəsarət alanlar var
15:58 16 Aprel 2020
216 Digər
Ölkə mətbuatı
A- A+

Bərdə rayonunda kütləvi dava olub.

Publika.az Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Köbər kəndi ərazisində baş verib.

Kənd sakinləri Baxşeyiş Quliyev, oğulları və yaxın qohumları- Zaur Quliyev, Orduxan Quliyev, Ağa Quliyev, Vaqif Quliyev, Sərxan Quliyev və İntiqam Quliyevlə birgə yeyib-içərək sərxoş vəziyyətdə kənd sakinləri Ədalət Əliyev və onun qohumları - Kənan Əliyev, Sərdar Əliyev, Aydın Əliyev, Etibar Əliyev, Elşad Süleymanova yumruq, ağac və dəmir parçaları ilə vuraraq ağır bədən xəsarətləri yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri cinayət işi açılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Baxşeyiş Quliyev, oğlu Orduxan Quliyev və əmisi oğlu İntiqam Quliyev şübhəli şəxs qismində saxlanılıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/310982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR