Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ: 5 gün ardıcıl...

Rusiyada yaşayan azərbaycanlıların DİQQƏTİNƏ: 5 gün ardıcıl...
17:23 16 Aprel 2020
222 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qeydə alınan pozitiv koronavirus faktlarının 20%-i Rusiyadan gəlmədir.

Publika.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Samur keçid məntəqəsində toplaşan azərbaycanlıların sosial mediada yayılan görüntüləri qəbuledilməzdir: "Rusiyada müvəqqəti əsasda yaşayan vətəndaşlarımızın ölkəyə gətirilməsi və geri qaytarılmasını növbəli şəkildə həyata keçirmək üçün portal yaradılıb. Bu portalın adı " Evə gedirəm" portalıdır. Rusiyada yaşayan vətəndaşlarımız bu portalda qeydiyyatdan keçməlidir. Portal avtomatik olaraq onları sıralayacaq və Azərbaycandakı vəziyyət nəzərə alınaraq onlar ölkəmizə gətiriləcəklər. Portal yaxın günlərdə fəaliyyətə başlayacaq və 5 gün ardıcıl işləyəcək. Daha sonra işinə fasilə veriləcək və informasiya emal olunacaq. 550-yə yaxın Azərbaycan vətəndaşının Rusiyadakı rəsmi qurumlarımıza müraciəti qeydə alınıb. Həmin müraciətlər də onlayn portala yerləşdiriləcək. Rusiyada yaşayan vətəndaşlarımızın fərdi şəkildə sərhəd-keçid məntəqələrinə gəlməsinə ehtiyac yoxdur. Onların növbəlilik prinsipində vətənə qayıtması təmin olunacaq".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/310998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR