Daxili İşlər Nazirliyi Türkiyənin 81 əyalətində, o cümlədən böyük şəhər statusunda olan 30 əyalətdə komendant saatının tətbiqinə dair qərar göndərib. “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, komendant saatı aprelin 17-si saat 24:00-dan aprelin 19-u saat 24:00-dək tətbiq ediləcək. Həmin müddətdə yalnız çörək satışı həyata keçiriləcək.