Koronavirusla bağlı müsabiqə elan edildi

Koronavirusla bağlı müsabiqə elan edildi
17:33 16 Aprel 2020
242 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “PARLAQ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə koronavirus pandemiyası (COVİD - 19) ilə mübarizə mövzusunda qrafik dizayn müsabiqəsi elan olunur.

Publika.az-ın məlumatına görə, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının səbəb olduğu bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin qrafik dizayn mövzusuna çevirməklə ictimaiyyətə qalıcı formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən qrafik dizayn işlərini ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni işlərin hazırlanmasına stimul verməkdir.

Müsabiqənin şərtləri:

• Müsabiqədə yalnız 18-35 yaşlarında Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər;

• Qrafik dizayn işlərinin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir;

• Hər bir dizayner müsabiqəyə yalnız bir qrafik dizayn işi təqdim etməlidir;

Mükafatlar:

Birinci yer – I dərəcəli diplom və 500 manat məbləğində pul mükafatı

İkinci yer – II dərəcəli diplom və 300 manat məbləğində pul mükafatı

Üçüncü yer – III dərəcəli diplom və 200 manat məbləğində pul mükafatı

Qaliblərə təşkilatçılar və fərdi şəxslər tərəfindən müsabiqəni dəstəkləmək məqsədilə əlavə mükafatlar təqdim oluna bilər.

Müsabiqənin müddəti:

Müsabiqənin keçirilmə tarixi 15 aprel – 30 may 2020-ci il tarixlərini əhatə edəcəkdir.

İştirakçılar ad, soyad və ata adını, əlaqə vasitəsini qeyd edərək təqdim ediləcək işləri bakuartmusabiqe@gmail.com elektron poçt ünvanına göndərməlidir.

Məhdudiyyət:

Müsabiqəyə göndərilmiş dizayn işləri daha öncə heç bir kütləvi informasiya vasitəsi və elektron mediada nümayiş olunmamalı və yayımlanmamalıdır.

Qaliblərin mükafatlandırılması haqqında məlumat Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəsmi www.az.baku-art.com saytında yerləşdiriləcəkdir.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel.: (077) 622 11 00


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/310994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR