ABŞ-da istehsal sektoru 74 illik minimumu yeniləyib

ABŞ-da istehsal sektoru 74 illik minimumu yeniləyib
18:22 16 Aprel 2020
195 Digər
Ölkə mətbuatı
A- A+

Ötən həftə ABŞ-da 5,2 milyon insan işsizlik müavinəti üçün müraciət edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, beləliklə, son bir ayda işsizlik müavinəti üçün müraciətlərin sayı 20 milyonu keçib.
Məlumata görə, hesabat dövründə ABŞ-da fabriklərdə istehsal olunan məhsulların ümumi miqdarı azalaraq 74 illik minimumu yeniləyib.
Qeyd edək ki, təkcə mart ayında ABŞ-da qeyri-kənd təsərrüfatı sektorlarında 701 min insan iş yerini itirib. Bununla da ölkədə qlobal maliyyə böhranından sonra, 2010-cu ildən bəri davam edən məşğulluğun artması statistikasına da son qoyulub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/abs-da-istehsal-sektoru-74-illik-minimumu-yenileyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR