“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.
Belə ki, Tbilisi televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
“Gürcüstan Azərbaycan xalqına bu mesajı çatdırır: Gəlin pandemiya ilə birgə səylərlə mübarizə aparaq! Biz bir yerdə qalib gələcəyik”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu günə qədər Tbilisinin simvollarından biri olan teleqüllə koronavirus epidemiyasının geniş yayıldığı Fransa, Böyük Britaniya, ABŞ, İspaniya, İtaliya və Türkiyənin bayraqlarının rəngləri ilə işıq saçıb.