Kanadada 18-22 mart tarixlərində keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub.
"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, bu yarışla yanaşı, Seulda (13-15 mart) keçirilməsi nəzərdə tutulan şort-trek üzrə dünya birinciliyi və Leyk-Plesiddə planlaşdırılan (3-5 aprel) sinxron konkisürmə üzrə dünya çempionatı da baş tutmayacaq.
Qeyd edək ki, Kanada hökuməti martın 11-də yarışın ləğvinə qərar versə də, ISU turnirin bu ilin oktyabrından əvvəl keçirilməsinin mümkünlüyünü açıqlamışdı.