ABŞ-dan Çinə sərt ittiham - “Virus müharibəsi” dərinləşir

ABŞ-dan Çinə sərt ittiham - “Virus müharibəsi” dərinləşir
21:53 16 Aprel 2020
227 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Müdafiə naziri Mark Esper növbəti dəfə koronavirusla bağlı Çinin ünvanına ağır ittihamlar səsləndirib.

Publika.az-ın məlumatına görə, Pentaqon rəhbəri NBC televiziyasına müsahibəsində bildirib ki, Çin koronavirusla bağlı ABŞ-ı və düyanı səhv istiqamətə yönəldib. Çinin təqdim etdiyi məlumatlara inanmaq çətindir deyən Esperin sözlərinə görə, Pekin virusun ortaya çıxmasına dair dəlillər təqdim etməyib.

Xatırladaq ki, iki gün əvvəl Esper “Fox” televiziyasına açıqlamasında Çinin ünvanına oxşar ittihamlar səsləndirmiş, koronavirusun Pekinin addımları səbəbiylə pandemiyaya çevrildiyini bildirmişdi.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/311020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR