İran Milli Bankının Bakı filialı bu ilin I rübünü mənfəətlə başa vurub

İran Milli Bankının Bakı filialı bu ilin I rübünü mənfəətlə başa vurub
21:57 16 Aprel 2020
164 Digər
Ölkə mətbuatı
A- A+

İran Milli Bankının Bakı filialı bu ilin I rübünü 234 min manat xalis mənfəətlə başa vurub. Halbuki, filial ötən ilin eyni dövründən 8,603 milyon manat xalis zərərlə çıxmışdı.
"Report" xəbər verir ki, yanvar-mart aylarında İran bankının gəlirləri 816 min manat (illik müqayisədə 8,2% az), xərcləri 415 min manat (22,1% çox), xüsusi ehtiyatlara ayırmaları 160 min manat (98,3% az), mənfəət vergisi ödəmələri isə 6 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il aprelin 1-nə İran bankının aktivləri 97,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,4% azdır. Bunun 4,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 23,7% böyüyüb.
Hesabat dövründə İran bankının öhdəlikləri 43,1% artaraq 60,7 milyon manata, o cümlədən depozit portfeli 2,7% artaraq 11,5 milyon manata çatıb, balans kapitalı isə 40,3% azalaraq 36,8 milyon manata düşüb.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 73,6 milyon manatdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-ran-milli-banki-baki-filiali-bu-ilin-i-rubunu-menfeetle-basa-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR