“Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bununla Gürcüstan COVID-19 infeksiyası ilə mübarizə aparan Azərbaycana ümid, dəstək və həmrəlik mesajı göndərir”.


“Report”un yerli bürosu xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkalini özünün “Twitter” hesabında yazıb.
“Biz hamımız bir qayıqdayıq. Biz hamımız bir yerdə qalib gələ bilərik”, - XİN başçısı qeyd edib.