İsveç şahzadəsi Sofiya Stokholmda Sofiahemmet xəstəxanasında işləməyə qərar verib.
“Report” xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.
Qeyd edilir ki, o, koronavirusa mübarizəyə kömək üçün bu addımı atıb.

İsveç şahzadəsi xəstəxanada işləməyə başladı
Şahzadənin birinci "işçi" kimi şəkilləri sosial şəbəkədə yayılıb. O, fotoda xüsusi cərrah paltarındadır və gülümsəyir.
Qeyd edilir ki, Sofiya əvvəlcə bununla bağlı üçgünlük kurs keçib. Belə əlavə tibb personal pandemiya nəticəsində həkimlərin yükünün azalmasına kömək edir.