Kanadada təyyarə avtomobil yoluna endi

Kanadada təyyarə avtomobil yoluna endi
04:12 17 Aprel 2020
208 Digər
Ölkə mətbuatı
A- A+

Kanadada yüngül mühərrikli təyyarə Kvebek-Siti (Kvebek əyaləti) şəhəri yaxınlığında avtomobil yollarından birinə məcburi eniş edib.
“Report” xəbər verir ki, bu barədə CBC telekanalı bildirib.
Polisin məlumatına görə, yerli aeroportdan bir neçə kilometr məsafədə “Piper PA-28 Cherokee” təyyarəsində problemlər yaranıb. Bu zaman pilot təyyarəni ən yaxın yola endirmək barədə qərar qəbul edib. Eniş uğurlu nəticələnib. Çünki bu zaman şosedə avtomobil az olub.
Hadisə nəticəsində heç kim xəsarət almayıb, amma şosenin bir hərəkət istiqaməti təxminən bir saat ərzində bağlanıb. Bu vaxt ərzində yanğınsöndürənlər və təxliyyə maşını təyyarəni yoldan kənara çəkiblər.
Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır. 

🚨 Emergency landing of a small plane ✈ this morning around 10:00 AM, on "Highway 40" just outside of #Montreal, #Quebec, #Canada. pic.twitter.com/WCkk5L5aZ0— Lauthfee Javier C. Alastair (@Lauthfee) April 16, 2020







Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kanadada-teyyare-avtomobil-yoluna-enis-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR