Gürcüstanda tibbi maska taxmaq məcburi oldu

Gürcüstanda tibbi maska taxmaq məcburi oldu
04:52 17 Aprel 2020
389 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən Gürcüstanda qapalı ictimai yerlərdə tibbi maska taxmaq məcburi olub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.
O deyib ki, bu tələbin yerinə yetirilməsinə görə məsuliyyəti hüquqi şəxslər daşıyacaq: “Bu tələbin icrasına nəzarət etməyən hüquqi şəxslər 15 min lari məbləğində cərimə olunacaqlar”.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanların sayı 348 nəfərə çatıb.
Məlumata görə, COVID-19 infeksiyasına yoluxanların 76-sı sağalıb, 3-ü isə ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustanda-tibbi-maska-taxmaq-mecburi-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR