"Barselona" Neymarın qayıdışı ehtimalına aydınlıq gətirdi

"Barselona" Neymarın qayıdışı ehtimalına aydınlıq gətirdi
08:12 17 Aprel 2020
181 Digər
Ölkə mətbuatı
A- A+

PSJ-nin hücumçusu Neymar yay transfer pəncərəsində "Barselona”ya qayıtmayacaq.
Bu barədə “Catalunya Radio”ya istinadən xəbər verir.
Məlumata görə, Katalon klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə böhranına görə yay transfer pəncərəsində braziliyalı hücumçunun transfer imkanını istisna edib.
Qeyd edilir ki, "Barselona”nın əsas transfer hədəfi "İnter"in hücumçusu Lautaro Martinesdir.
Neymar "PSJ"yə 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avroya keçib. Braziliyalı ötən yay yenidən əvvəlki komandasına qayıtmağa cəhd edib, ancaq klublar sazişin maliyyə şərtlərini razılaşdıra bilməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-neymarin-qayidisi-ehtimalina-aydinliq-getirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR